AZ

İranın hücumundan sonra Yaxın Şərqin ən böyük limanı BAĞLANIR

BƏƏ-nin "DP World" şirkəti Cəbəl Əli limanında idarə etdiyi bütün terminallarda əməliyyatları müvəqqəti olaraq dayandırıb.

Azreform.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin müştərilərə göndərdiyi məktubda bildirilir.

Liman İran tərəfindən vurulub və nəticədə böyük yanğın baş verib.

Qeyd edək ki, Cəbəl Əli Yaxın Şərqin ən böyük konteyner limanı və dünyanın aparıcı logistika mərkəzlərindən biridir.

Qlobal konteyner daşımaları bazarının lideri olan İsveçrədə yerləşən Aralıq dənizi Gəmiçilik Şirkəti (MSC) də növbəti xəbərdarlığa qədər regionda yük daşımaları sifarişlərinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb. MSC vəziyyəti izləyəcəyinə və təhlükəsiz olan kimi liman əməliyyatlarını bərpa edəcəyinə söz verib.(musavat.com)

Seçilən
22
3
azreform.info

4Mənbələr