AZ

Biləcəridə binanın tullantı suyu o birinə axır – ŞİKAYƏT – VİDEO

Tullantı suları zirzəmilərə dolub, bina sakinləri narahatdırlar.

NOCOMMENT.az xəbər verir ki, bu görüntülər Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi bina 44 və 46-da qeydə alınıb. Zirzəmilər dolub və evlərdə kəskin üfunət var.

Sakinlər deyirlər ki, bir binadan dolub-daşan tullantı suyu o birinə axır. Hər iki bina üçün də ciddi tədbirlərin görülməsinə ehtiyac var.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirdilər ki, vəziyyət barədə müvafiq sukanal idarəsi məlumatlıdır. Həmin ərazidə mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Qrunt və tullantı suları öncədən kanala tökülür, oradan xəttə vurulur. Həmin vətəndaşlar rəhbərliyin qəbulunda olublar, vəziyyət onlara ətraflı izah edilib. Bir neçə gün öncə əraziyə texnika göndərilib, kanal dərinləşdirilib. Hazırda yığılan qrunt suyudur, kanal dərinləşdirilməmişdən öncə toplanıb, o da kanala tökülərək axıb gedəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
46
nocomment.az

1Mənbələr