AZ

Ramazan ayında bu qidanı qəbul etmək möcüzəyə bərabərdir!

Ramazan ayında xurma həm dini, həm də sağlamlıq baxımından ən çox istifadə edilən qidalardan biridir. Məhəmməd Peyğəmbər də iftarı xurma ilə açmağı tövsiyə edib. Bəs xurmanın əsas faydaları nələrdir?

“Yeni Sabah” orucluq ayında xurma istehlakının faydalarını araşdırıb:

Orqanizmi tez enerji ilə təmin edir

Xurma təbii şəkərlərlə (qlükoza, fruktoza) zəngindir. Uzun müddətli aclıqdan sonra bədənə sürətli enerji verir.

Qanı zəif olanlar üçün faydalıdır

Dəmir tərkibi sayəsində qanazlığının qarşısını almağa kömək edir və halsızlığı azaldır.

Həzm sistemini yaxşılaşdırır

Liflə zəngin olduğu üçün qəbizliyin qarşısını alır və mədə-bağırsaq fəaliyyətini tənzimləyir.

Toxluq hissi yaradır

Bir neçə xurma yemək iştahanı tənzimləyir və iftarda həddindən artıq yeməyin qarşısını ala bilər.

Ürək və sinir sistemi üçün faydalıdır

Kalium və maqnezium baxımından zəngindir. Bu minerallar ürək ritmini və sinir sistemini dəstəkləyir.

Susuzluğu azalda bilər

Xurma bədənin mineral balansını qorumağa kömək edir və orqanizmin susuz qalmasının qarşısını qismən alır.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
12
8
yenisabah.az

8Mənbələr