Bakı. Trend:
Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov ilə Oman Sultanlığının xarici işlər naziri SayidBədr ibn Həməd ibn Hammud Albusəidi arasında telefon danışığıaparılıb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanıregionda hərbi eskalasiya və artan gərginliklə bağlı fikirmübadiləsi aparılıb.
Nazirlər bölgədəki son hərbi eskalasiyadan dərinnarahatlıqlarını ifadə ediblər və vəziyyətin daha dakəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdidyaratdığını vurğulayıblar.
Deeskalasiyanın zəruri olduğu və danışıqlar prosesinin bərpaedilməsi istiqamətində diplomatik səylərin artırılmasınınəhəmiyyəti diqqətə çatdırılıb.
Bununla yanaşı, mülki əhalinin və infrastrukturun mühafizəsininzəruriliyi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərregional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsiaparılıb.