AZ

Aygün Kazımovanın məşhur hitini Sevda oxudu

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Xalq artisti Aygün Kazımovanın “Best of Aygün -All stars 2” albomunda yer alacaq daha bir ifaçının adı bəlli olub. 

Axşam.az xəbər verir ki, müğənni Sevda Yahyayeva növbəti albomda yer alacağını bildirib. İfaçı albom üçün hazırladığı mahnını da açıqlayıb. O, ölkənin əsas ulduzunun “Dola mənə qolunu” mahnısını oxuyub. 

Qeyd edək ki, “Best of Aygün-All stars” albomunun ilk buraxılışı ölkədə böyük səs-küy doğurdu. Albomda 32 ifaçı yer alıb. Albomun ikinci hissəsində Xalq artisti Röya Ayxan, Əməkdar artist Manana Çaparidze, müğənnilər Samir Bağırov, Aysel Teymurzadə, Günel Zeynalova, Səmra Rəhimli, Samirə Efendi və hələ adları açıqlanmayan ifaçılar olacaq. 

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
axsam.az

2Mənbələr