AZ

Qurbanov ədəbsizlik etdi dedi, kimliyi bəlli oldu FOTO

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sabah” – “Qarabağ” oyununda (3:3) ciddi mübahisəyə səbəb olan insident yaşandığı barədə məlumat vermişdik.

Publika.az-ın məlumatına görə, “bayquşlar”ın məşqçilərindən biri “köhlən atlar”ın texniki heyətinə qarşı nalayiq hərəkət edib. Bu “Qarabağ” tərəfini qəzəbləndirib və nəticədə mübahisə düşüb.

Nalayiq hərəkət edən məşqçinin kimliyi məlum olub.

Həmin şəxs baş məşqçi Valdas Damburaskasın köməkçisi Valerio Zuddasdır.

O, italiyalıdır və 36 yaşı var. 2025-ci ilin yayından “Sabah”da çalışır.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundna sonra deyib ki, “rəqib tərəfdən bizə qarşı böyük ədəbsizlik edildi. Daha sonra baş məşqçiləri bizə yaxınlaşıb üzr istədi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
globalinfo.az

1Mənbələr