AZ

İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir FOTO

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Astara sərhəd-keçid məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.Bizim.Media xəbər verir ki, hazırda 20-yə yaxın Pakistan və iki nəfər Tacikistan vətəndaşı sözügedən sərhəd-keçid məntəqəsindən keçərək təxliyə olunub. Onların təhlükəsiz şəkildə ölkə ərazisinə keçidi təmin edilib.Təxliyə olunan xarici vətəndaşların sənədləri yoxlanılıb, qeydiyyatları aparılıb və zəruri hallarda ilkin tibbi baxışla təmin olunublar. Aidiyyəti qurumların əməkdaşları tərəfindən onların təhlükəsiz və nizamlı şəkildə keçidi üçün bütün zəruri tədbirlər görülüb.Proses müvafiq prosedurlara uyğun olaraq aidiyyəti dövlət qurumlarının nəzarəti altında aparılır. Keçid məntəqəsində təhlükəsizlik tədbirləri gücləndirilib, sənəd yoxlanışı, qeydiyyat və müşayiət xidmətləri operativ şəkildə təşkil olunub və təxliyə prosesi fasiləsiz davam etdirilir.Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
3
bizim.media

5Mənbələr