AZ

Ərdoğan: Diplomatiyaya qayıtmaq üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda gərginliyin artması fonunda diplomatiyaya qayıdış çağırışı edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan region ölkələri ilə danışıqlar masasının yenidən qurulmasının vacibliyini vurğulayıb.

Türkiyə lideri İranın Ali Dini Lideri Ayətullah Əli Xameneinin hücumlar nəticəsində həyatını itirməsindən dərin kədər hissi keçirdiyini bildirib.

“Cənab Xameneiyə Uca Allahdan rəhmət diləyir, qardaş İran xalqına başsağlığı verir, ölkəm və millətim adından dərin hüznlə başsağlığımı çatdırıram”, – deyə Ərdoğan qeyd edib.

O əlavə edib ki, İran xalqının və regiondakı digər xalqların sülh və sabitliyə qovuşması, bölgədə davam edən münaqişələrin sona çatması və diplomatiyaya dönüş üçün Türkiyə səylərini qətiyyətlə davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
3
apa.az

4Mənbələr