FIFA İranı 2026 Dünya Çempionatında iştirakını davam etdirməyə çağırıb və yaxın vaxtlarda rəsmi açıqlama yayacağını bildirib.

Offsideplus.az xəbər verir ki, FİFA İran millisinin turnirdən çəkilməsinin qarşısını almaq üçün komandanın qrup mərhələsindəki hər üç oyununu Meksikaya köçürməyi nəzərdən keçirir. Bu addımın oyunçuların və federasiyanın təhlükəsizliyini təmin etmək, eyni zamanda İran tərəfinin narahatlıqlarını nəzərə almaq məqsədi daşıdığı bildirilir.

Qurumun irqçiliyə qarşı mübarizə apardığı və üzv assosiasiyaların narahatlıqlarının dinlənilməsinin vacib olduğunu vurğuladığı qeyd olunur.

İran millisi əvvəlcə G qrupunun bütün oyunlarını ABŞ-də keçirməli idi:

— İran – Yeni Zelandiya — 15 iyun — SoFi Stadium (Los-Anceles)

— İran – Belçika — 21 iyun — SoFi Stadium (Los-Anceles)

— İran – Misir — 26 iyun — Lumen Field (Sietl)