AZ

Pezeşkian xalqa müraciət etdi

Pezeşkian xalqa müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian ölkədə baş verən son hadisələrlə bağlı dövlət televiziyası vasitəsilə xalqa müraciət edib.

AFN.az xəbər verir ki, dövlət başçısı Ali Lider Ayətullah Əli Xameneinin qətlə yetirilməsini ölkə tarixi üçün ağır və böyük bir faciə adlandırıb.

Prezident çıxışı zamanı xarici qüvvələrə qarşı sərt ismarışlar yollayaraq bildirib ki, İran öz düşmənlərini çıxılmaz vəziyyətə salacaq, onların bölgədəki hərbi bazalarını və resurslarını darmadağın edəcək gücdədir. Pezeşkian hazırkı həssas məqamda daxili sabitliyin vacibliyini vurğulayaraq, bütün xalqı milli birliyi qorumağa və həmrəy olmağa səsləyib.

Ölkənin idarəetmə mexanizmindəki dəyişikliklərə də toxunan Pezeşkian, Müvəqqəti Şuranın artıq rəsmən fəaliyyətə başladığını diqqətə çatdırıb. O qeyd edib ki, bu kollektiv qurum yeni Ali Lider seçilənə qədər dövlətin idarə olunmasını və bütün strateji qərarların qəbulunu təmin edəcək.

Seçilən
12
afn.az

1Mənbələr