AZ

"Nəticə istədiyimiz kimi olmadı" - Valdas Dambrauskas

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son oyunu “Qarabağ”la “Sabah” arasında keçirilib. Dramatik və bol qollu alınan mərkəzi oyunda qalib müəyyənləşməyib (3:3).

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Valdas Dambrauskas fikirlərini jurnalistlərlə bölüşüb:

"Komandamın performansından razı qaldım. Təəssüf ki, 70-ci dəqiqəyə qədər 3:0 hesabı ilə öndə olsaq da, son 20 dəqiqədə qələbəni əldən verdik. Bu, bizim üçün acı nəticədir və çox məyusuq. "Qarabağ"ın təcrübəsi öz sözünü dedi. Karyeramda ilk dəfədir ki, komandam 3:0 hesabı ilə irəlidə olduğu halda rəqib hesabı bərabərləşdirir".

Baş məşqçi azarkeşlərə təşəkkür edərək qarşıdakı oyunlara fokuslanacaqlarını bildirib:

"Gələn azarkeşlərimizə minnətdaram. Belə həyəcanlı və gərgin oyunu başqa harada görmək olar? Bəlkə də Çempionlar Liqasından daha yaxşı bir mübarizə sərgilədik. Oyunda hər şey var idi, lakin nəticə istədiyimiz kimi olmadı. Həyat davam edir, bu oyunu unudub dörd gündən sonra keçiriləcək növbəti qarşılaşmaya köklənəcəyik".

Seçilən
1
1
fanat.az

2Mənbələr