Məhəmməd bin Salman ilk dəfə olaraq zərurət yaranacağı təqdirdə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə İrana qarşı cavab zərbələri endirmək səlahiyyəti verib.
Bildirilir ki, bu qərar İranın Ərəbistan yarımadasındakı dinc monarxiyalara qarşı səbəbsiz təcavüzündən sonra qəbul olunub.
KONKRET.az xəbər verir ki, vəliəhd şahzadə İranın ölkənin şərq bölgələrinə və paytaxt Ər-Riyada hücum cəhdlərini “qorxaqcasına” adlandırıb. O, həmçinin bəyan edib ki, Tehran Səudiyyə hava məkanının İsrail və ya Amerika Birləşmiş Ştatları tərəfindən İrana qarşı mümkün hücumlar üçün istifadə olunmadığını yaxşı bilir.
Məsələ ilə bağlı rəsmi Tehranın mövqeyi hələlik açıqlanmayıb.
Natiq Səlim,
KONKRET.az