Baku TV-nin hərbi-siyasi departamenti açıq mənbələrdə yayılan məlumatlar əsasında ABŞ və İsrailin İranda hədəfə aldığı nöqtələri əks etdirən xəritə hazırlayıb.
NOCOMMENT.az xəbər verir ki, xəritədə zərbə endirildiyi bildirilən hərbi bazalar, infrastruktur obyektləri və strateji nöqtələr əks olunub.
Hazırlanan vizual materialda hədəflərin coğrafi yerləşməsi, regionlar üzrə paylanması və əməliyyat istiqamətləri göstərilir.