AZ

Əhmədinejadın qohumları onun ölüm xəbərini təkzib ediblər - YENİLƏNİB

Əhmədinejadın
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın qohumları onun ölüm xəbərini təkzib ediblər. 1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Khabar-e fouri" agentliyi məlumat yayıb.
*** 18:05 İranın sabiq prezidenti Mahmud Əhmədinejatın öldürüldüyü iddia edilir. 1news.az xəbər verir ki, bu barədə “İLNA” agentliyi məlumat yayıb. Bildirilir ki, ABŞ və İsrailin həyata keçirdiyi hücumlar zamanı Tehranın Narmək rayonunda yerləşən iqamətgaha zərbə endirilib. Nəticədə İranın doqquzuncu və onuncu hökumətlərinə rəhbərlik etmiş, hazırda Məsləhət Şurasının üzvü olan Mahmud Əhmədinejadın mühafizəçiləri ilə birlikdə həlak olduğu qeyd olunub.

Məlumata əsasən, Əhmədinejadın üç mühafizəçisinin öldürülməsi barədə xəbər ABŞ və İsrailin İrana qarşı hücumlarının ilk günü – şənbə, 28 fevral tarixində yayılıb.

Seçilən
17
1news.az

1Mənbələr