AZ

Heç heçə bizim üçün müsbət nəticədi Jorj Kaşkilya

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli premyer-liqasının 22-ci turunda “İmişli” “Turan Tovuz”la heç-heçə etdi. Oyunsonrası mətbuat konfransında Aran təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya media önünə çıxdı. - Öz oyunçularımı təbrik edirəm. Taktiki cəhətdən yüksək səviyyədə çıxış etdik. "Turan Tovuz" son matçlarda qalib gəlir, psixoloji durumları üstündü. Amma onlara qarşı yaxşı mübarizəapardıq. Çətin oyun alındı. "Turan Tovuz" avrokuboklarda oynamaq istəyir. Çox intensiv oyun gedirdi. Taktiki cəhətdən oyunçularımdan razıyam. Rəqibin futbolçuları fiziki cəhətdən güclüdü. Onlar bu sarıdan bizdən güclü idilər. Amma oyun quruluşunda bizim yarımmüdafə xətti rəqibin yarımmüdafiəsinin qarşısını ala bilirdi. Oyunumuzdan razıyıq. Birinci hissədə epizodlar yaratdıq. İkinci hissədə çətinlik çəkirdik. "Turan Tovuz"un mərkəz müdafiəçiləri təcrübəli və güclüdü. Rəqibin gücünü nəzərə alaraq, əlimizdən gələni edirdik. Biz hücumumuza daha çox diqqət yetirəcəyik. Meydana qələbə üçün çıxmışdıq. Amma oyunun gedişatından razıyıq. Heç-heçə bizim üçün müsbət nəticədi. - Komanda sonuncu dəfə 12-ci turda qələbə qazanıb. Bu qələbəsizliyin səbəbi nədi? Heyətin geniş olmaması mövsümün sonuna yaxın sizə daha çox çətinlik yaradacaq? - Bizim üçün çətindi. Onu da nəzərə almaq lazımdır ki, müəyyən oyunlarda bəxt amili bizə qarşı olub. "Karvan-Yevlax" və "Araz-Naxçıvan"a qarşı matçlarda qələbə əlimizdən çıxdı. Bəxt məsələsində nəsə edə bilmərik. Hər oyunda qalib gəlmək istəyirik. Bizim üçün üç xal qazanmaq əsas məsələdi. Son 8 oyunun ikisində uduzmuşuq. "Qəbələ" və "Qarabağ" kimi güclü rəqibə qarşı. "Turan Tovuz"la görüşdə qol buraxmadıq. Güclü rəqiblərə qarşı müqavimət göstəririk. Hazırda 10-cu pillədə qərarlaşan komandadan 5 xal öndəyik. Təbii ki, super mövqe deyil. Amma biz hər oyunda qalib gəlmək, tilsimi qırmaq istəyirik. Son 11 oyun bizim üçün çox çətin olacaq. Əziyyət çəkəcəyik. Amma buna hazırıq. Ümidimiz odu ki, daha çox zədə almayaq. Zədəlilərimiz də var. Çətin olacaq, məqsədlərimizə uyğun irəliləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
139
5
icma.az

6Mənbələr