AZ

Azərbaycan cüdoçuları Özbəkistanda keçirilən "Böyük Dəbilqə" turnirini 4 qızıl medalla başa vurublar

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirini 7 medalla başa vurub.

"Report" xəbər verir ki, medallardan 4-nün əyarı qızıl, 1-i gümüş, 2-si isə bürünc olub.

Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Kənan Nəsibov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc medalla kifayətlənib.

Azərbayucan komanda yarışında kişilərin mübarizəsində 1-ci yeri tutub. Ümumi komanda hesabında isə Yaponiyadan sonra 2-ci olub.

Seçilən
10
1
far.az

7Mənbələr