AZ

Xameneinin ölümü ölkənin düşmənlərinə məqsədlərinə çatmağa kömək etməyəcək - Əraqçi

ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib.

"Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə, bu, mümkün deyil", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin ölümü ölkənin düşmənlərinə məqsədlərinə çatmağa kömək etməyəcək.

Əraqçi həmçinin bildirib ki, İranın yeni lideri (Ali rəhbəri - red.) bir-iki gün ərzində seçiləcək.

Seçilən
19
5
missiya.az

6Mənbələr