AZ

Trampın İranla bağlı növbəti planı

ABŞ prezidenti Donald Tramp İranda quru əməliyyatı planlaşdırmır.

Publika.az xəbər verir ki, bunu Senatın Kəşfiyyat Komitəsinin sədri, respublikaçı senator Tom Kotton "CBS News"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, "çox güman ki, İranın nüvə ambisiyalarını və geniş raket arsenalını məhv etmək məqsədi daşıyan "uzunmüddətli hava və dəniz əməliyyatı" başlayacaq.

Kotton qeyd edib ki, bu zaman yerüstü axtarış və xilasetmə əməliyyatları da mümkündür.

"Aydındır ki, bu cür əməliyyatların risklərindən biri təyyarənin vurulması ehtimalıdır və prezident heç vaxt çətin vəziyyətdə olan pilotu tərk etməyəcək. Buna görə də, şübhəsiz ki, bölgədə vurulan istənilən pilotu xilas etməyə hazır döyüş axtarış-xilasetmə bölmələrimiz var. Lakin, bu cür qeyri-adi hallar istisna olmaqla, prezidentin İran daxilində hər hansı genişmiqyaslı quru qüvvələri yerləşdirmək planı yoxdur", - deyə Kotton vurğulayıb.

Seçilən
2
8
publika.az

10Mənbələr