İran Prezidenti Məsud Pezeşkian xalqa videomüraciət ünvanlayıb.
Ölkə.az xəbər verir ki, dövlət başçısı çıxışında İran xalqının ABŞ və İsrail tərəfindən hazırlanan planları boşa çıxaracağını bildirib.
Prezident vurğulayıb ki, İran Silahlı Qüvvələri ölkəyə qarşı hücumlara qətiyyətlə cavab verməyə hazırdır. O, həmçinin Müvəqqəti Rəhbərlik Şurasının fəaliyyətə başladığını açıqlayıb və hava zərbələri nəticəsində həyatını itirdiyi bildirilən Ali Lider Əli Xameneinin yolunun davam etdiriləcəyini qeyd edib.
Qeyd edək ki, bu videomüraciət ABŞ və İsrailin hava zərbələri nəticəsində öldüyü barədə xəbərlər yayılan Məsud Pezeşkianın ilk ictimai çıxışı kimi qiymətləndirilir.