AZ

ABŞ-İsrail-İran müharibəsi... Laricani ABŞ və İsraili hədələdi... - YENİLƏNİR



İsrail və ABŞ Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi, 28 fevralda İrana qarşı hücuma başlayıblar.

İran ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə hədəflərə hücumlarla cavab verir.

ABŞ-İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xameneyi və bir çox digər yüksək vəzifəli şəxslər həlak olub.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran yüksək vəzifəli dövlət nümayəndələrinin və Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin öldürülməsinin intiqamını özünün vəzifəsi və qanuni hüququ kimi görür.

“İran İslam Respublikası ədalət axtarışını bu tarixi cinayəti törədənlərdən, əmr edənlərdən qisas almağı öz vəzifəsi və qanuni hüququ hesab edir və bütün gücünü bu böyük məsuliyyəti, öhdəliyi yerinə yetirməyə sərf edəcək”, - deyə prezident bildirib.

ABŞ prezidenti Tramp isə qisas hücumu olarsa İranın indiyə kimi görünməmiş hücumla qarşılaşacağını bildirib.

İran Qırmızı Aypara Cəmiyyəti ölkəni hədəf alan bombardmanlarda 201 nəfərin öldüyünü və 747 nəfərin yaralandığını açıqlayıb.

16:08

Hörmüz boğazında Panama bayraqlı bir neft tankeri vuruldu.

16:32

İran dövlət mediası bölgədəki ABŞ bazalarını F-4 Phantom təyyarələri ilə bombalayacağını elan edən bir video yayımlayıb.

16:38

İran Qüds yaxınlığında bir hədəfə hava zərbəsi endirib. 20 yaralının olduğu bildirilir.

16:55

İsrail və ABŞ İrana qarşı birgə hücumlarını davam etdirir. İsrail Müdafiə Qüvvələri (İMQ) İranın ballistik raket buraxıcılarına hücum etdiklərini və pilotsuz uçuş aparatlarını (PUA) məhv etdiklərini açıqlayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani isə sosial media hesabından ABŞ və İsraili açıq şəkildə təhdid edib.

"Dünən İran ABŞ və İsrailə raketlər atdı və bu raketlər onlara zərər verdi. Bu gün biz onları əvvəllər heç vaxt qarşılaşmadıqları bir güclə ilə vuracağıq" - deyə Laricani bildirib.

17:02

İran Qüdsü vurdu. 6 nəfərin öldüyü açıqlandı.

TAHİR

Seçilən
6
baki-xeber.com

1Mənbələr