AZ

İran Beyt Şemeşi vurdu, 6 ölü - VİDEO

İran Yərusəlim ətrafında yerləşən Beyt Şemeş inzibati rayonuna ballistik raketlə zərbə endirib.

Redaktor.az “Times of Israel”ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 6 nəfər həlak olub.

Bundan başqa, 23 nəfərin yaralandığı, onlardan üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Raket hücumu zamanı ərazidə həyəcan siqnalının işə düşmədiyi qeyd olunub. Hadisə yerində axtarış-xilasetmə qüvvələri və tibbi xidmət işçiləri çalışırlar. Yaralıların təxliyəsi üçün helikopter göndərilib.

Seçilən
18
3
redaktor.az

10Mənbələr