Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakıdan Şarjaya uçan Birləşmiş Ərəb Əmirliklərinin "Air Arabia" aviaşirkətinə məxsus təyyarə Pakistanın Karaçi şəhərinə təcili eniş edib.
Bunu Bakupost.az-a politoloq Turab Rzayev bildirib.
Məlumata görə, təcili enişə səbəb İran-İsrail arasındakı şiddətli qarşıdurma ilə əlaqədar hava sahəsinin təhlükəli vəziyyəti olub:
"Uşaqlı, qocalı 50 nəfər qalıb Karaçi küçələrində...Karoçidə silahlı adamlar gəzir. Sərnişinlər isə bir təhlükədən yayınıb, başqa bir təhlükəli vəziyyətin ortasına düşüblər. Üstəlik, yerləşdirildikləri otel də qənaətbəxş deyil",- o əlavə edib.
Asena,
BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.