Quba, 1 mart, Elxan Yusifli, AZƏRTAC
Mən Rumıniyada təhsil alıram. XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbinində iştirak etməyi mənə müəllimim tövsiyə etdi. Həmin müəllim bizim universitetdə multikulturalizm fənnini tədris edir. Azərbaycana gəlməmişdən əvvəl hamı üçün əlçatan məlumatlara sahib idim. Bura gəldikdən sonra ölkəniz haqqında biliklərim daha da artdı. Azərbaycanın iqtisadi və mədəni sahədə inkişaf etdiyinin şahidi oldum.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” mövzusunda XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin ekvadorlu iştirakçısı Maria Dumitraşcu deyib. Maria Dumitraşcu qeyd edib ki, Azərbaycan ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.
“Azərbaycanda fərqli dinlərin, xalqların nümayəndələri arasında balanslı münasibət, gözəl harmoniya mövcuddur. Bu da onu göstərir ki, ölkənizdə multikultural dəyərlərə nə qədər hörmətlə yanaşılır. Mən buarda öyrəndim ki, ayrı təriqətlərin üzvü olan müsəlmanlar eyni məsciddə namaz qılırlar. Bu, xüsusi qeyd olunmalı bir nüansdır. Azərbaycan unikal məkanlardandır ki, eyni ərazidə məscid və sinaqoq yerləşir”, - deyə Maria Dumitraşcu bildirib.
Martın 3-dək davam edəcək XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbində dünyanın 20 ölkəsindən 25-dən artıq tələbə iştirak edir.