AZ

Çempionlar Liqasına görə Liqa 1-də dəyişiklik

Fransa çempionatında 26-cı turun mərkəzi qarşılaşmalarından biri təxirə salınıb.

90deqiqe.Az turnirin mətbuat xidmətinə istinadən məlumat verir ki,  PSJ – "Nant" matçının aprel ayına keçirildiyini bildirib.  

Məlumata görə, oyunun təxirə salınması Paris klubunun müraciəti əsasında və "Nant" tərəfinin razılığı ilə baş tutub. Qərar paytaxt təmsilçisinin UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə hazırlığı ilə əlaqədar qəbul edilib.

Liqa rəhbərliyinin qərarına əsasən, PSJ – Nant qarşılaşması aprelin 20-dən 26-dək olan həftədə oynanılacaq. Matçın dəqiq tarixi ilə bağlı əlavə məlumatın yaxın günlərdə açıqlanacağı bildirilib.

Qeyd edək ki, qarşılaşma martın 15-də keçirilməli idi.

Hazırkı turnir qalibi olan PSJ bu mərhələdə İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun martın 11-də Parisdə keçiriləcək. Cavab görüşü isə martın 17-də Londonda baş tutacaq.

Seçilən
15
90deqiqe.az

1Mənbələr