AZ

İsrail şəhərinə raket düşdü: Dağıntılar altında qalanlar var

İsrailin mərkəzi hissəsində yerləşən Beyt-Şemeş şəhərində binaya raket düşüb, nəticədə ağır yaralananlar və dağıntılar altında qalanlar var.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrailin Yanğından Mühafizə və Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, binaya birbaşa zərbə endirildiyi ehtimal olunur. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici briqadalar cəlb edilib.

İlkin məlumatlara əsasən, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb, onlardan ən azı 3-nün vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir.

Seçilən
17
13
publika.az

10Mənbələr