AZ

İranda Xameneinin yerinə seçilən Əlirza Ərafi kimdir?

Seyid Əli Xameneinin varisi seçilənədək Ali Liderin səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurasının üzvü Ayətullah Əlirza Ərafi İran Elmi Hövzələrinin rəhbəri və nüfuzlu din xadimlərindən biridir. O Azərbaycana bağlı mövqeyi ilə tanınır.

Missiya.Az xəbər verir ki, bu barədə “İnside Iran Live” teleqram kanalı məlumat yayıb.

7 oktyabr 2020-ci ildə Ermənistan–Azərbaycan münaqişəsi zamanı yayımladığı bəyanatda Ərafi açıq şəkildə bildirib:

—“Bütün beynəlxalq sənədlərdə Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır.”

— “Qarabağ Azərbaycana qaytarılmalıdır.”

— “İslam dünyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir”.

Ərafi həmçinin İran–Azərbaycan münasibətlərində təfriqə yaratmaq istəyən qüvvələri tənqid etmiş və iki xalq arasında tarixi, dini və mədəni bağların olduğunu qeyd edib.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr