ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan, 1 mart, AZƏRTAC
Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerindədir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.