AZ

MPL: “Turan Tovuz” - “İmişli” oyununda heyətlər bilindi, “Qarabağ” “Sabah”a qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Turan Tovuz” Bakıda “İmişli” ilə qarşılaşacaq. Oyunun baş hakimi Fərid Hacıyev olacaq.

Turun son oyunu isə “Qarabağ”la “Sabah” arasında keçiriləcək. Mərkəzi oyunu FİFA referisi Tural Qurbanov idarə edəcək.

Turun qalan oyunlarında “Kəpəz” “Sumqayıt”a 3:0 hesabıyla qalib gəlib, “Araz-Naxçıvan” “Zirə”yə uduzub – 0:1. “Şamaxı” – “Neftçi” (2:2) və “Qəbələ” – “Karvan-Yevlax” (1:1) matçlarında isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
22-ci tur
1 mart

“Turan Tovuz” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov.
“Azersun Arena”, 16:30.

“Turan Tovuz”: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. Vadji İbrahima, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 90. Joarlem Santos, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavareş, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdiyev.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardozu.
Baş məşqçi: Jorje Kaşkilya.

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Seçilən
15
7
fanat.az

10Mənbələr