İsrail zərbələri nəticəsində həlak olmuş Seyd Əli Xameneyinin səlahiyyətlərini müvəqqəti olaraq Ayətullah Əlirza Ərafi icra edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasına üzv seçilib.
Liderlik Şurasının digər iki üzvü Prezident Məsud Pezeşkian və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni Ejeidir.
Ekspertlər Şurasının iclasında Ayətullah Əlirza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əlirza Arafi müvəqqəti olaraq ali liderin səlahiyyətlərini icra edəcək.
Respublikanın Siyasi Məqsədyönlülüyünün Müəyyənləşdirilməsi Şurasının rəsmi nümayəndəsi Möhsün Dehnəvi "Konstitusiyanın 111-ci maddəsinə əsasən, müvəqqəti rəhbərlik şurasında Keşikçi Şurasının hüquqşünas kateqoriyasından bir üzvünün olması tələb olunur. Məqsədyönlülük Şurası Ayətullah Əlirza Ərəfini bu şuranın üzvü seçdi ki, ölkənin idarəçiliyi fasiləsiz davam etsin, Ekspertlər Şurası Ali Lideri ən qısa zamanda seçə bilsin", - deyə "X"-də yazıb.
Xəzər
"Cebheinfo.az"