AZ

Çempionlar Liqası təxirə salındı

Asiya Futbol Konfederasiyası (AFK) Çempionlar Liqasının regional matçlarını təxirə salıb. 

Fanat.Az xəbər verir ki, qitə futbol qurumu qərarı İran, ABŞ və İsrail arasındakı hərbi münaqişənin kəskinləşməsi fonunda elan edib.

Təxirəsalma təhlükəsizlik ehtimallarına görə Abu-Dabi, Dubay və Dohada keçirilməsi planlaşdırılan qarşılaşmalara şamil olunub. Qurumun rəsmi bəyanatında turnir iştirakçılarının təhlükəsizliyinin mütləq prioritet olduğu vurğulanıb.

Martın 2-si və 3-nə təyin olunan oyunların yeni tarixləri və ya keçiriləcəyi məkanlar barədə hələlik rəsmi məlumat verilməyib. Təxirə salınan oyunlar arasında “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) – “Əl-Duhail” (Qətər), “Şabab Əl-Əhli” (BƏƏ) – “Traktor” (İran) və “Əl-Vahda” (BƏƏ) – “Əl-İttihad” (Səudiyyə Ərəbistanı) kimi mühüm qarşılaşmalar var. 
 

Seçilən
15
fanat.az

1Mənbələr