AZ

Mbappenin yaşıl meydanlara qayıdacağı vaxt açıqlandı

İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappenin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanıb.

"Ölkə.az" xəbər verir ki, fransalı forvard UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində martın 17-də "Mançester Siti"yə qarşı keçiriləcək cavab oyununda iştirak edəcək.

Xatırladaq ki, 27 yaşlı futbolçu fevralın 24-də məşq zamanı dizində ağrı hiss edərək hazırlığı yarımçıq qoymuşdu. Onun 2025-ci ilin dekabrından bəri diz bağlarında problem yaşadığı bildirilir.

Qeyd edək ki, K.Mbappe cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə çıxdığı 33 matçda 38 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
9
1
olke.az

2Mənbələr