AZ

Pezeşkian Xamneinin ölümünü “tarixi cinayət” adlandırdı



İran prezidenti Məsud Pezeşkian İranın ali liderinin öldürülməsinin dünya miqyasında müsəlmanlara, xüsusilə də şiələrə qarşı açıq şəkildə müharibə elanı olduğunu deyib.

Prezident vurğulayıb ki, bu hadisə “tarixi cinayət” hesab olunur və İran məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını öz qanuni hüququ və vəzifəsi sayır.

Pezeşkian qeyd edib ki, İran bu hadisənin günahkarlarından və təşkilatçılarından qisas almaq üçün bütün imkanlardan istifadə edəcək və bu istiqamətdə səylərini əsirgəməyəcək. (Tasnim News)

Qeyd edək ki, İran kanalları Ali Lider Əli Xamneinin dağıntılar altından çıxarılan fotosunu yayıb.

SAMİRƏ

Seçilən
10
baki-xeber.com

1Mənbələr