AZ

İranda nə ilk, nə də son: Sui qəsdlə öldürülən İran liderləri

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İnqilablar, çevrilişlər və sui-qəsdlər… İranın xüsusilə son 100 illik tarixində baş verən hadisələr bu günə aparan yolun əsas mərhələləri olub. Liderlərə qarşı sui-qəsdlər isə ölkə tarixində xüsusi yer tutur. Prezidentlər, baş nazirlər və indi də dini lider - bəs kim, niyə öldürüldü?. Sherg.az xronologiyanı təqdim edir:

Əli Xamenei – kölgədən zirvəyə

Əli Xamenei, İran İslam İnqilabından sonra ölkənin nəzarətini ələ alan Ruhollah Xomeininin yaxın çevrəsində yer alırdı.

1981-ci ildə prezidentliyə namizəd olduğu dövrdə məsciddə çıxış edərkən sui-qəsd cəhdinə məruz qaldı. Partlayış nəticəsində ağır yaralandı və sağ qolu iflic oldu. 42 yaşında prezident seçildi, 1989-cu ildə Ruhollah Xomeyninin ölümündən sonra isə İranın ali dini lideri oldu.

Rejim daxilində əvvəlcə “silik fiqur” kimi tanınsa da, zamanla güc pillələrini sürətlə qalxaraq son sözü deyən liderə çevrildi.

Onun hakimiyyəti dövründə Yaxın Şərq müharibələr və ciddi geosiyasi sarsıntılar yaşadı. 7 oktyabr hücumlarından sonra regionda gərginlik kəskin artdı. 2024-cü ildə İran və İsrail arasında qarşılıqlı raket zərbələri baş verdi, 2025-ci ildə isə ABŞ İrana hava əməliyyatları həyata keçirdi.

2026-cı ilin əvvəlində rejim əleyhinə etirazlara sərt müdaxilə ABŞ tərəfindən tənqid edildi. Gərginliyin artmasından sonra ABŞ və İsrail İrana genişmiqyaslı hücum etdi. Hava zərbələri zamanı iqamətgahı vurulan Xameneinin öldüyü açıqlandı.

Qasım Süleymani – 2020-ci ilin ilk böyük hadisəsi

Qasım Süleymani İranın regiondakı hərbi-strateji əməliyyatlarının memarı sayılırdı. Qüds Qüvvələrinin komandanı olan Süleymani ABŞ Prezidenti Donald Trampın əmri ilə Bağdad hava limanı yaxınlığında PUA zərbəsi nəticəsində öldürüldü.

Vaşinqton əməliyyatı “aktiv təhlükənin qarşısını almaq” kimi əsaslandırdı. Tehran isə cavab olaraq İraqdakı ABŞ bazalarına raket zərbələri endirdi və 100-dən çox amerikalı hərbçi yaralandı.

Nüvə proqramının “atası” - Möhsün Fəxrizadə

Möhsün Fəxrizadə 27 noyabr 2020-ci ildə Tehranın yaxınlığındakı Absərd bölgəsində sui-qəsd nəticəsində öldürüldü. Ona qarşı hücumun İsrailin Mossad kəşfiyyat xidməti tərəfindən həyata keçirildiyi iddia edildi.

Məlumatlara görə, hücum uzaqdan idarə olunan avtomatik silah sistemi ilə təşkil olunmuşdu. Bu hadisə İranın müdafiə və nüvə imkanlarına zərbə vurmaq məqsədi daşıyan strateji əməliyyat kimi qiymətləndirildi.

Məhəmməd Əli Rəcai və 1981-ci il partlayışı

Məhəmməd Əli Rəcai və Baş nazir Mohammad Javad Bahonar 1981-ci ildə təhlükəsizlik toplantısı zamanı çantaya yerləşdirilmiş bombanın partlaması nəticəsində öldürüldülər. Hücumun Xalqın Mücahidləri Təşkilatı (MEK) ilə əlaqəli şəxs tərəfindən həyata keçirildiyi iddia olunurdu.

İran-İraq müharibəsi dövründə baş verən bu hadisədən sonra prezident postuna Əli Xamenei gəldi.

İbrahim Rəisi – qəza, yoxsa sui-qəsd?

İbrahim Rəisi 19 may 2024-cü ildə Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak oldu. Hadisədə xarici işlər naziri Hossein Amir-Abdollahian da həyatını itirdi.

Rəsmi açıqlamada hadisənin ağır hava şəraitindən qaynaqlandığı bildirilsə də, digər helikopterlərin təhlükəsiz eniş etməsi sui-qəsd ehtimalları barədə müzakirələri gücləndirdi.

Hacı Əli Razmara – 1951-ci ilin siyasi sarsıntısı

Hacı Əli Razmara 1951-ci ildə güllələnərək öldürüldü. O, neftin milliləşdirilməsinə qarşı çıxmaqda ittiham olunurdu. Bu sui-qəsd İran daxilində millətçi dalğanı gücləndirdi və nəticədə Mohammad Mosaddegh hakimiyyətə gəldi, neft sənayesi milliləşdirildi.

İranın müasir tarixi göstərir ki, siyasi liderlərə qarşı zorakı müdaxilələr ölkənin siyasi taleyində həlledici rol oynayıb. Sui-qəsdlər yalnız fərdlərin deyil, bütöv siyasi kursların dəyişməsinə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
sherg.az

1Mənbələr