AZ

“Xameneinin qisası alınacaq” – Pezeşkian


İran ABŞ və İsrailin hücumları nəticəsində öldürülən Ali dini lider Ayətullah Əli Xameneinin qisasını alacaq.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İran Əli Xameneinin sui-qəsdinin qisasını almağı və təşkilatçılarını cəzalandırmağı öz vəzifəsi və qanuni haqqı hesab edir”, - Pezeşkian bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana Ali Lider Ayətullah Əli Xameneinin ölümündən sonra qisas almamaq barədə xəbərdarlıq edib.
Seçilən
18
7
yeniavaz.com

8Mənbələr