ain.az, Mia.az portalına istinadən məlumat verir.
"Bizim İrana hücumumuzu çox güclüdür, dəqiqdir. Bu, İranla diplomatik həllə kömək edəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp CBS News-a telefonla verdiyi müsahibəsində deyib.
O, İran lideri Ayətullah Əli Xameneinin öldürülməsinin diplomatik həll prosesinıə necə təsir edəcəyinə belə izah evrib: "İndi orada (İranda-Mia.az) əvvəlki gündən hər şey daha asandır. Çünki onlar ağır zərbə alırlar. Hücumların müsbət nəticələrinə əminəm. Bu ölkə üçün əla gün, dünya üçün əla gündür".
Tramp Xameneinin ölümündən sonra İranda administrasiyaya kimin gələcəyi və bunun prosesə təsiri barədə suala isə belə cavab verib: "Orada yaxşı namizədlər var. Hələlik çox şey demək istəmirəm"
Tramp İranın əks hücumunu isə zəif hesab edib: "Biz bunun ikiqat çox olacağını düşünürdük. İndiyə qədər gözlədiyimizdən azdır".
Samir MUSAYEV
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.