AZ

40 yaş həyatın ən yorucu İlləridir: 50 də isə enerji yenidən qayıdır

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mütəxəssislər bildirirlər ki, insan həyatında ən yorucu illər adətən 40 yaş civarı olur. Bu dövrdə həm iş, həm şəxsi həyatın tələbləri maksimuma çatır, həm də bədənimizdəki kiçik dəyişikliklər enerjimizi azaldır.

Sherg.az xəbər verir ki, mütəxəsisslər hesab edir ki, 20 yaşlarında enerji səviyyəsi yüksək olur, həm kas kütləsi çox, həm də yuxu dərin və bərpaedici olur. Lakin 40-larda beyin və bədən daha çox yorulur, yuxu və fiziki performans kifayət qədər bərpa etmir.

Araşdırmalar göstərir ki, 50-lər və 60-larda həyatın yükü nisbətən yüngülləşir. Təcrübə, azalan gözləntilər və hormon balansının stabilləşməsi ilə insanlar bu dövrlərdə daha enerjili ola bilirlər. Həmçinin, 50 yaşdan sonra edilən idman məşqləri metabolik sağlamlığı yaxşılaşdırır və subyektiv enerjini artırır.

Beləliklə, 40 yaşlarda “çətin dövr” olsa da, 50-lər və sonrası yaxşı xəbər verir: hormonal sistemlər sabitləşir, həyat sadələşir, gözləntilər azalır, təcrübə artır və həyat daha enerjili olur. Yuxu azalsa da effektivlik, məhsuldarlıq maksimum səviyyədədir.

50-lərdə edilən güc məşqləri metabolizmi yaxşılaşdırır və subyektiv enerjini artırır. Alimlər bildirir ki, 50-dən sonra 20-lərdəki enerji tam olaraq geri qayıtmasa da, həyatımızı daha şüurlu, aydın düşüncəli idarə edərək enerjini optimallaşdırmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
sherg.az

1Mənbələr