Musavat.com xəbər verir ki, İran qanunvericiliyinə əsasən, bu qurum Ali Rəhbərin seçilməsi, fəaliyyətinə nəzarət edilməsi və zərurət yarandıqda onun vəzifədən kənarlaşdırılması səlahiyyətlərinə malikdir. Şuranın bu gün toplanması barədə qərar İsrail mediasının Ayətullah Əli Xameneyinin öldürüldüyü barədə yaydığı xəbərlərdən dərhal sonra verilib.
Bu fövqəladə iclasın gündəliyi barədə rəsmi açıqlama verilməsə də, müşahidəçilər bunu ölkədəki hakimiyyət boşluğunun qarşısını almaq və yeni liderin müəyyən edilməsi istiqamətində atılan addım kimi qiymətləndirirlər. Regionda baş verən gərgin hadisələr fonunda Şuranın qərarı İranın gələcək taleyi üçün həlledici olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31