Bu gün İranda yeni ali liderin seçilməsi gözlənilir. Bunun üçün Ekspertlər Şurasının iclası keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, yeni ali lider seçilənədək onun səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurası da formalaşdırılacaq.
Şuranın tərkibinə Prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olacaq.
Xatırladaq ki, İranın ali lideri Seydi Əli Xamaneyi İsrail zərbələri nəticəsində öldürülüb.