AZ

İran Baş Qərargah rəisinin öldürüldüyünü rəsmən təsdiqlədi

BAKI, 1 mart. TELEQRAF

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvi həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə İranın rəsmi dövlət xəbər agentliyi (IRNA) məlumat yayıb.

Məlumata görə, general Musəvi ölkənin strateji obyektlərinə endirilən intensiv hava zərbələri nəticəsində həyatını itirib. O, İranın hərbi iyerarxiyasında Ali Rəhbərdən sonra ordunun idarə edilməsində ən mühüm şəxslərdən biri hesab olunurdu.

Seçilən
29
teleqraf.com

1Mənbələr