AZ

İranda qızlar məktəbində ölü və yaralıların ümumi sayı 240 ı ötdü

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

İranın Minab şəhərində ibtidai siniflər üçün nəzərdə tutulmuş qızlar məktəbinə ABŞ və İsrail hava qüvvələri tərəfindən endirilən zərbələr nəticəsində ölənlərin sayı 148-ə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi şəhər prokuroruna istinadən məlumat yayıb.

Bildirilib ki, daha 95 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Paytaxt Tehranda və bir çox böyük şəhərdə müxtəlif hədəflərə hava zərbələri endirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
yeniavaz.com

1Mənbələr