AZ

Tramp İrana xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp İran zərbələrini gücləndirəcəyi təqdirdə Tehranı görünməmiş güclə hədələyib.

Xezerxeber.az-ın məlumatına görə, o, bu barədə "Truth" sosial şəbəkəsində bəyanat verib.

"İran indicə çox sərt, əvvəllər olmadığından daha sərt zərbə endirəcəklərini açıqlayıb. Onlar bunu etməsələr daha yaxşı olar, çünki əgər etsələr, biz onlara əvvəllər heç vaxt görünməmiş güclə zərbə endirəcəyik", - ABŞ lideri yazıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Rəhbəri Əli Xameneinin qisasını alacağını, daha güclü, misli görünməmiş zərbələr endiriləcəyini bəyan edib.

Seçilən
7
4
xezerxeber.az

10Mənbələr