İranın zərbələri nəticəsində Qətərdə yaralananların sayı 16-ya çatıb.
"Unikal" xəbər verir ki, Qətərin Daxili İşlər Nazirliyinin məlumatına görə, İranın endirdiyi zərbələr nəticəsində ölkənin müxtəlif ərazilərində məhdud maddi ziyan qeydə alınıb.
Son məlumata əsasən, daha 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və bununla da yaralananların ümumi sayı 16 nəfərə çatıb.
Hadisə ilə bağlı araşdırma aparılır.