AZ

Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın İranda həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyat ABŞ Prezidenti Donald Trampın siyasi irsini müəyyən edə biləcək bir məqam ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinin yaydığı məqalədə bildirilib.

Qeyd olunub ki, Amerika lideri 2025-ci ildə vəzifəyə başladıqdan bəri xarici siyasətdə ən böyük riskə gedir.

Bir çox ekspertlərin fikrincə, ABŞ-ın İrandakı əməliyyatı uzanan münaqişəyə çevrilə və regionda genişmiqyaslı müharibəyə səbəb ola bilər. Həmçinin Tramp qarşısına çətin bir məqsəd qoyub – Tehranda rejim dəyişikliyi. O hesab edir ki, hava zərbələri xalq üsyanına səbəb ola və İran rəhbərliyini devirməyə gətirib çıxara bilər.

“Amerikalıların əksəriyyəti səhər oyanaraq soruşacaqlar: Biz niyə İranla müharibə aparırıq, bu müharibənin məqsədi nədir və niyə Yaxın Şərqdəki Amerika bazaları hücuma məruz qalır?” – deyə Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi və ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro jurnalistlərə bildirib.

Agentlik vurğulayır ki, Trampın İrana yönəlik xüsusi diqqəti onun ikinci prezidentlik müddətinin əvvəlindən etibarən xarici siyasətin, o cümlədən hərbi gücdən geniş istifadənin gündəliyində birinci yerə çıxmasının ən bariz nümunəsidir. Jurnalistlər qeyd edirlər ki, ABŞ prezidenti ölkənin daxili problemlərinə daha az diqqət ayırır.

Həmçinin bildirilir ki, ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyat, görünür, Tehranla diplomatik danışıqlar üçün qapını bağlayıb. Cümə axşamı Cenevrədə keçirilən son nüvə danışıqları raundu, ehtimal ki, irəliləyişlə nəticələnməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
axar.az

2Mənbələr