Bakı. Trend:
Ədalət zəfər çaldı və şər oxuna ağır zərbə endirildi.
Trend xəbər verir ki, bubarədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
"Xamenei İsrailin əməliyyatının ilk zərbəsi zamanızərərsizləşdirilib, onunla birlikdə İranın digər yüksək vəzifəlişəxsləri də məhv edilib. İsraili məhv etmək üçün fəaliyyətgöstərənlər məhv edildi. Ədalət zəfər çaldı və şər oxuna ağır zərbəendirildi. Liderlik və qətiyyətə görə baş nazir BenyaminNetanyahuya təbriklər. Biz İsrail dövlətinin müdafiəsi üçün bütüngücümüzlə fəaliyyətimizi davam etdirəcəyik", – deyə Katsbildirib.
Qeyd edək ki, İsrailin Tehrana hərbi hava hücumları nəticəsindəİranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləriölüb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.