AZ

"Xamenei ölüb" - Tramp

ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü bəyan edib.

Adalet.az xəbər verir ki, o, bu barədə "Truth Social” hesabında yazıb.

Tramp qeyd edib ki, "tarixin ən qəddar insanlarından biri olan Xamenei ölüb. Bu, təkcə İran xalqı üçün deyil, bütün böyük amerikalılar və dünyanın bir çox ölkəsindən olan və onun qaniçən quldur dəstəsi tərəfindən öldürülən və ya şikəst edilən insanlar üçün ədalətdir".

Onun sözlərinə görə, Xamenei ABŞ-nin kəşfiyyat və yüksək texnoloji izləmə sistemlərindən qaça bilməyib: "Bu, İran xalqının ölkələrini geri qaytarmaq üçün ən böyük şansıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun, ordunun, digər təhlükəsizlik və polis qüvvələrinin bir çoxunun artıq döyüşmək istəmədiyini və bizdən toxunulmazlıq istədiklərini eşidirik. Dünən gecə dediyim kimi: "indi toxunulmazlıq ala bilərlər, sonra yalnız ölüm onları gözləyir!" Ümid edirəm ki, İslam İnqilabı Keşikçiləri Korpusu və polis İran vətənpərvərləri ilə dinc şəkildə birləşəcək və ölkəni layiq olduğu böyüklüyə qaytarmaq üçün vahid şəkildə çalışacaqlar".

Tramp əlavə edib ki, ağır və dəqiq bombardmanlar həftə ərzində və ya Yaxın Şərqdə və dünyada sülh məqsədlərinə çatmaq üçün lazım olduğu qədər fasiləsiz davam edəcək.

Seçilən
4
4
adalet.az

5Mənbələr