AZ

MPL: "Turan Tovuz"un "İmişli" sınağı, "Qarabağ" lider "Sabah"la qarşılaşır

Bu gün Misli Premyer Liqasında XXII turun oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun son günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "İmişli" Bakıda "Turan Tovuz"un qonağı olacaq. Fərid Hacıyevin idarə edəcəyi oyun saat 16:30-da başlayacaq. 

 Turun mərəkzi oyununda isə "Tofiq Bəhramov"da olacaq.  Çempionluq uğruda mübarizə aparan iki komanda üz-üzə gələcək. "Qarabağ" lider "Sabah"la görüşdə qalib gələrək aradakı fərqi minimuma endirməyə çalışacaq. Çempionluq oyununu yeni FİFA referisi Tural Qurbanov idarə edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. 

Misli Premyer Liqası
XXII tur
1 mart

16:30. "Turan Tovuz" – "İmişli"
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov. 
VAR: Əli Əliyev, Elvin Bayramov. 
Hakim-inspektor: Ömər Paşayev. 
AFFA nümayəndəsi: Anar Şixəliyev. 
"Azersun Arena". 

19:00. "Qarabağ" – "Sabah" 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov. 
VAR: Elçin Məsiyev,  Müslüm Əliyev. 
Hakim-inspektor: Munis Abdullayev. 
AFFA nümayəndəsi: Emin Cəfərov. 
Tofiq Bəhramov adına Respublika Stadionu. 

Seçilən
26
6
fanat.az

6Mənbələr