AZ

Bu universitetlər və nazirliklər Bakıdan köçürüləcək? İki şəhərin adı çəkilir

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bölgələrdən Bakıya köçənlərin sayı getdikcə artır. Paytaxt getdikcə daha çox yüklənir. Əhali sıxlığının artması həm işsizlik riskini yüksəldir, həm də nəqliyyat sıxlığını daha da ağırlaşdırır. Bakı faktiki olaraq sosial, infrastruktur baxımından həddindən artıq mərkəzləşmənin ağır nəticələrini yaşayır.

Bu fonda bir sıra ekspertlər və vətəndaşlar təklif edirlər ki, paytaxtın yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək üçün bəzi ali təhsil müəssisələri və dövlət qurumları bölgələrə köçürülsün.

Bəs hansı universitet və nazirliklərin regionlara köçürülməsi real və effektiv addım ola bilər?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Bakının yükünün azaldılması üçün bir sıra dövlət qurumları regionlara köçürülməlidir.

Onun sözlərinə görə, paytaxtda mərkəzləşmiş ali təhsil müəssisələri və dövlət strukturlarının bölgələrə daşınması ciddi effekt verə bilər:

Natiq Cəfərli

“Bakının yükünün azaldılması üçün universitetlərin, dövlət idarələrinin, o cümlədən Ali Məhkəmə, Kommersiya Məhkəməsi, Kənd Təsərrüfatı Nazirliyi kimi qurumların regionlara köçürülməsi müsbət nəticə verə bilər. Lakin bu proses yalnız müvafiq infrastruktur yaradıldıqdan sonra həyata keçirilməlidir ki, yeni problemlər ortaya çıxmasın. Ümumiyyətlə, prioritet qərar qəbul edilməlidir ki, növbəti milyonluq şəhər harada və necə formalaşdırılacaq. Bu, Gəncə olacaq, yoxsa Xankəndi? Məsələn, yarım milyonluq Gəncəni 750 min əhalisi olan şəhərə çevirmək üçün hansı addımlar atılmalıdır? Bu məsələlər əvvəlcədən planlaşdırılmalıdır”.

N.Cəfərlinin fikrincə, ilk növbədə strateji prioritetlər müəyyənləşdirilməli, daha sonra isə konkret addımlar atılmalıdır:

“Təəssüf ki, bu məsələ ilə bağlı azı 15 ildir ictimai çıxışlarımızda danışırıq. Lakin hələ də bu istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
globalinfo.az

2Mənbələr