AZ

İran Dubaydakı məşhur Burj Al Arab otelini vurdu…



İran kamikaze dronu ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) simvollarından biri olan Dubaydakı Burj Al Arab otelinə zərbə endirib.

Dubay Əmirliyi Burj Al Arabın xarici cəbhəsində yanğın baş verdiyini açıqlayıb. Dubay Hökumətinin Media Ofisinin ABŞ-da yerləşən bir şirkətin sosial media hesabı vasitəsilə verdiyi açıqlamada Dubay hakimiyyətinin bir dronu zərərsizləşdirdiyi və dronun qalıqlarının otelin xarici hissəsində kiçik bir yanğına səbəb olduğu bildirilib.

Mülki müdafiə qruplarının tez bir zamanda müdaxilə edərək yanğını nəzarət altına aldığı və heç bir xəsarətin olmadığı qeyd edilib.

Hadisənin ABŞ-İsrail hücumlarına cavab olaraq İranın BƏƏ-dəki ABŞ bazalarını hədəf alan hücumlarına cavab olaraq baş verdiyi güman edilir.

BƏƏ savaşın ilk günü ölkənin müxtəlif yerlərinin, xüsusən də paytaxt Əbu-Dabinin İran hücumlarına məruz qaldığını və bir nəfərin öldüyünü açıqlayıb.

TAHİR

Seçilən
39
baki-xeber.com

1Mənbələr