AZ

TƏCİLİ! Regionda gərginlik artır: Bəhreyn KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Məlumatlara görə, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına birbaşa nişan alınması ilə bağlı xəbərlər yayılır. Mənbələr İran tərəfindən həyata keçirildiyi iddia olunan raket zərbəsinin yenidən Bəhreyni hədəfə aldığını bildirir.

KONKRET.az xəbər verir ki, Al Jazeera Dohada (Qətər) səma üzərində güclü partlayışın baş verdiyini açıqlayıb. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri üzərində də güclü partlayış səslərinin eşidildiyi bildirilir.

Bundan əlavə, Al Hadath telekanalı İran tərəfindən İsrail istiqamətində yeni raket yaylım atəşi həyata keçirildiyini iddia edib. Hələlik bu məlumatlarla bağlı rəsmi təsdiq verilməyib.

Regionda davam edən hərbi qarşıdurma fonunda baş verən bu hadisələr Yaxın Şərqdə gərginliyin daha da artdığını göstərir. Hadisələrlə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

https://konkret.az/cloud/uploads/2026/03/aq34T68O9ouXxtF-.mp4

https://konkret.az/cloud/uploads/2026/03/IMG_5779.mp4

https://konkret.az/cloud/uploads/2026/03/aaaaaaaaa.mp4

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
konkret.az

2Mənbələr