AZ

ABŞ İrana endirilən zərbələri qanuni və zəruri sayır

BAKI, 1 mart. TELEQRAF

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts ölkəsinin İrana endirilən zərbələri Tehranın aqressiyasına və ABŞ rəhbərliyinə qarşı sui-qəsd cəhdlərinə cavab olaraq qanuni hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Uolts çıxışında ABŞ-nin əvvəlcə konfliktin sülh yolu ilə həllinə çalışdığını bildirib.

O qeyd edib ki, İranın bu imkanlardan istifadə etməyib.

Diplomat bildirib ki, ABŞ İsraillə koordinasiyada BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz hərbi qüvvələrini, bazalarını və müttəfiqlərini qorumaq məqsədilə qanuni tədbirlər görüb. O, həmçinin vurğulayıb ki, ABŞ-yə qarşı sui-qəsd cəhdləri, o cümlədən keçmiş prezident Donald Trampa yönələn təhlükələr, həm birbaşa, həm də vasitəçilər yolu ilə həyata keçirilib.

Seçilən
23
teleqraf.com

1Mənbələr